Bakıda bu məktəb distant tədrisə keçdi 

12:29 15.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 36 nömrəli tam orta məktəb distant tədrisə keçib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən hafta.az-a bildirilib.

Qeyd edilib ki, məktəbdə COVİD-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. 

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.